İran və Naxçıvanın elmi həmkarlıqları araşdırılıb
https://azeri.sahartv.ir/news/Özəl-i357294-İran_və_naxçıvanın_elmi_həmkarlıqları_araşdırılıb
İran və Naxçıvan universitetlərinin universitet və elmi həmkarlıqları İranın Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyninin Naxçıvan Muxtar Respublikasının özəl universitetinin rektoru xanım Nurlana Əliyeva ilə görüşündə araşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2020 18:26 Asia/Baku
  • İran və Naxçıvanın elmi həmkarlıqları araşdırılıb
    İran və Naxçıvanın elmi həmkarlıqları araşdırılıb

İran və Naxçıvan universitetlərinin universitet və elmi həmkarlıqları İranın Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyninin Naxçıvan Muxtar Respublikasının özəl universitetinin rektoru xanım Nurlana Əliyeva ilə görüşündə araşdırılıb.

Bu görüşdə iki tərəfin elmi mərkəzləri və universitetlərinin əməkdaşlıq sahələri və imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Xanım Əliyeva bu görüşdə Naxçıvan özəl universitetinin beynəlxalq əlaqələri, proqramları və hədəfləri barədə məlumat verib.O, İran universitetləri ilə həmkarlıqları genişləndirməyə maraqlı olduğunu bildirib.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu da İslam İnqilabı qələbəsinin 41-ci ildönümünə işarə edərək, İranın elmi-tədqiqat və universitet nailiyyətlərini xüsusilə vurğulayıb.