Fev 09, 2020 22:04 Asia/Baku
  • “Zəhir” kompozit motorlu “Rəəd-500” raketinin təqdimatı olub
    “Zəhir” kompozit motorlu “Rəəd-500” raketinin təqdimatı olub

Bu gün “Zəhir” kompozit motorlu “Rəəd-500” raketinin, həmçinin süni peyk daşıyıcıları və raket atıcılarının yeni nəslinin təqdimatı olub.

Mərasimdə həmçinin süni peyk daşıyıcıları və raket atıcılarının yeni nəsli kimi, çıxarılan başlığa malik olan “Salman” kosmik kompozit motoru təqdim edilib və çevik “Rəəd-500” raketi nümayiş etdirilibdir.

Mərasim İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hoseyn Səlami və Sepah-ın Hava-Kosmos Qüvvələrinin komandanı briqada generalı pasdar Əmirəli Hacızadənin iştirakı ilə keçirilib.

3 min dərəcə selsiyə və yüz təzyiq yükünə dözümlü karbon liflərdən ibarət korpus texnologiyasından istifadə, çox yüngül raketlərə nailolma imkanı yaradır.

“Rəəd-500” raketi yeni nəsil raketlərdən olaraq, polad korpuslu “Fateh-110” raketi ilə müqayisədə yarıbayarı çəkiyə, lakin 200 kilometr mənzil artımına malikdir.

Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmos Qüvvələri, çıxarılan başlığa malik raket motorlarını təqdim edib. Raketdə “kompozit korpus” və “çıxarılan başlıq” kimi iki böyük nailiyyətin qarışığı, atmosferdən kənarda bərk yanacaqlı mötorlardan istifadə imkanı verir. Bu uğura nail olmaqla bərk yanacaqlı süni peyk daşıyıcıları, qısa radar səviyyəli “yer-yer” tipli raketlərin düzəldilməsi və raket qalxanından keçməsi məqsədilə raketlərin manevr qabiliyyətli edilməsi, həmçinin xərclərin azaldılması, istehsalın artırılması və istehsalda mürəkkəbliyin azaldılması və nəhayət raketlərdə nəsil sıçrayışına şərait yaranıbdır.

 

 

Teqlər