Zərif de Kuelyarın vəfatı münasibətilə başsağlığı verib
İranın xarici işlər naziri BMT-nin keçmiş baş katibi Xavyer Peres de Kuelyarın vəfatı münasibətilə başsağlığı verib.
Məhəmməd Cavad Zərif bu gün axşam tvitter-dəki hesabında Xavyer Peres de Kuelyarın vəfatından təəssüf ifadə edərək, yazıb: Onun nəzarəti altında dünyada bir çox münaqişələr başa çatdı; o cümlədən İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddamın İrana qarşı müharibəsi atəşkəsə çatdı.
Zərif bu mesajın davamında BMT-nin keçmiş baş katibinin vəfatı münasibətilə onun ailəsinə başsağlığı verib.
BMT-nin keçmiş baş katibi Xavyer Peres de Kuelyar 1991-ci ilin dekabrında bu təşkilatın Təhlükəsizlik Şurasına bir hesabat təqdim edərək, açıq şəkildə İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddamı İranla müharibəni başlayan tərəf elan etdi.
O, 1982-ci il yanvarın birindən 1991-ci il dekabrın 31-dək BMT-nin baş katibi olubdur.
O, bu gün yüz yaşında vəfat edibdir.
ZƏRİF DE KUELYARIN VƏFATI İLƏ BAĞLI BAŞSAĞLIĞI VERİB