Mart 10, 2020 03:57 Asia/Baku
  • Həzrət Zeynəbin(s.ə) vəfatının ildönümü münasibəti ilə başsağlığı veririk

İslami İran Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü gecəsində kədər və qəm içindədir.

Sabah 1441-ci h.q. ili rəcəb ayının 15-i  İslamın əziz Peyğəmbəri(s.ə.s)-in nəvəsi, eləcə də dünya şiələrinin birinci imamı- Həzrət Əli(ə) və Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın övladı Həzrət Zeynəb(s.ə)-nın 63-cü h.q. ilində vəfatının ildönümü günüdür.

Həzrət Zeynəb(s.ə.) qardaşı, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Hüseyn(ə)-ın kənarında, İslamı müdafiə adı altında böyük Kərbəla faciəsini törətmiş irticaçı və yayınmış bir cərəyanla mübarizə aparırdı.

O həzrət möhtərəm qardaşı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadətindən sonra paklıq Əhli-Beyti(ə) xanədanının digər üzvləri ilə yanaşı əsir aparıldı, amma həmin əsirlik gedişində məntiqli və əzəmətli xütbələrilə Bəni Uməyyə-nin pozğun və alçaq mahiyyətini ifşa etdi.

Həzrət Zeynəb(s.ə) Kufə və Şamda Yezidin pozğun hökumət sisteminə qarşı ifşaçılıqları ilə İmam Hüseyn(ə) qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü gününün münasibəti ilə bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı verir.
 

Teqlər