Mart 12, 2020 18:30 Asia/Baku
  • Vaşinqtonda fövqəladə durum elan olunub

Vaşinqton DC-nin meri dünən bu bölgədə koronavirusa 10-cu yoluxma halının təsdiq olunmasından sonra bu bölgədə fövqəladə durum elan edib.

Vaşinqton DC başçıları fövqəladə durumun elan olunmasından öncə bu şəhərdə min nəfərdən çox olan toplantıları qadağan etmişdilər.

Amerika səhiyyə rəsmilərinin rəsmi bildirişlərinə görə, indiyədək bu ölkədə 1100 nəfərdən çox insan koronavirusa yoluxub və azı 31 nəfər də həyatını itiribdir.

ABŞ-da koronavirus epidemiyası ilə paralel surətdə bu ölkənin prezidenti Donald Tramp həmin xəstəliyə səhlənkar yanaşdığına görə, kəskin tənqidlərlə üzləşibdir.

Rəsmi şəkildə KOVİD-19(COVID-19) adlandırılan koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 120 digər ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 119 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 66 min nəfərdən çox insan sağalıb, təqribən 4300 nəfər isə vəfat edibdir.

VAŞİNQTON DC-DƏ FÖVQƏLADƏ DURUM ELAN EDİLİB

Teqlər