ABŞ-ın Ohayo ştatında 100 min nəfər koronavirusa yoluxub
Amerikanın Ohayo ştatının səhiyyə və müalicə mərkəzinin direktoru dünən gecə bildirib ki, bu ştat sakinlərindən yüz min nəfərdən çox insan koronavirusa yoluxub.
Emi Akton bir mətbuat konfransında bildirib ki, Ohayo ştatında koronavirusa yoluxanların sayı yüz min nəfəri ötüb keçib və bu rəqəm bu ştat sakinlərinin bir faizini təşkil edir.
Ohayo ştatının on bir milyon nəfərə yaxın əhalisi var.
Belə bir halda, Amerika xəstəliklərlə mübarizə və onların profilaktikası mərkəzinin dirrektoru dünən etiraf edib ki, bu ölkənin müalicə və sağlamlıq sistemi koronavirusa nəzarət sahəsində acizdir.
Amerika xəstəxanlar cəmiyyəti ötən bazar günü bir hesabatda bildirmişdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaq və bu miqdardan 480 min nəfər həyatını itirəcək.
Amerikada bu ölkə prezidenti Donald Trampın hökumətinin koronavirus epidemiyası qarşısındakı fəaliyyəti barədəki nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatı həmin epidemiya təhlükəsinə görə, fövqəladə vəziyyət elan edibdir.
Amerikada Trusot saytı bu ölkədə 28 milyon nəfərin sığorta xidmətlərindən məhrum olduğunu bildirərək, həmin ölkədə koronavirusun yayılmasını bir faciə adlandırıbdır.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib.
Bu virus hazırda Çinin 30 əyalətindən əlavə, 120-dən çox ölkəyə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.
Son məlumatlara görə, indiyədək dünyada 126 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 68 min nəfərdən çox insan sağalıb, təqribən 4600 nəfər isə vəfat edibdir.
OHAYODA 100 MİN NƏFƏR COVID-19-A YOLUXUB