Gümüş nanotexnologiyası ilə dezinfeksiyaedici məhlul istehsalı
https://azeri.sahartv.ir/news/Özəl-i360469-gümüş_nanotexnologiyası_ilə_dezinfeksiyaedici_məhlul_istehsalı
Tehranda Əmir Kəbir adına Sənaye Universitetinin dərman və tibb ləvazimatları istehsal edən startap şirkətlərindən biri nano texnologiyası ilə anti-virus və anti-bakteriya tipli dezinfeksiyaedici maddələr istehsal edərək, istehlaka veribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2020 07:27 Asia/Baku
  • Gümüş nanotexnologiyası ilə dezinfeksiyaedici məhlul istehsalı
    Gümüş nanotexnologiyası ilə dezinfeksiyaedici məhlul istehsalı

Tehranda Əmir Kəbir adına Sənaye Universitetinin dərman və tibb ləvazimatları istehsal edən startap şirkətlərindən biri nano texnologiyası ilə anti-virus və anti-bakteriya tipli dezinfeksiyaedici maddələr istehsal edərək, istehlaka veribdir.

«Kitotek» adlı startap şirkəti bir araşdırma müəssisəsi olaraq, təbii biopolimerlər və onların tibbi istifadəsi üzərində tədqiqat aparır.

Həmçinin Əmir Kəbir adına Sənaye Universitetinin “Texnologiya Qülləsi” müəssisəsinin tədqiqatçıları üç ildən çoxdur ki, barmaqla oksigenin miqdarını ölçən aparatın yerliləşdirilməsi üzərində işləyirlər.

Diaqnoz vəsaitlərindən biri, xas xəstəlikləri olan xəstələrin, xüsusən xərçəng xəstələrinin vəziyyətinə nəzarət üçün nəzərdə tutulan «Puls eleksimetr»dir. Bu aparat qanda toplaşmış oksigenin miqdarını ölçür. Bu asan və ağrısız ölçmə cihazı oksigenin əllər və ayaqlar kimi bədənin ürəkdən uzaq olan nahiyələrinə göndərilməsi tərzini ölçür.

«Pulsoksimetr» öz dəyərləndirməsinin sonuna çatarkən onun səfhəsi qandakı oksigenin faizini, həmçinin ürək döyüntülərinin sayını nümayiş etdirir.

Əmir Kəbir adına Sənaye Universitetinin “Texnologiya Qülləsi” müəssisəsində yerləşən bir şirkət üç ildən çoxdur ki, barmaqla oksigenin miqdarını ölçən aparatın yerliləşdirilməsi üzərində işləyir.

GÜMÜŞ NANOTEXNOLOGİYASI İLƏ DEZİNFEKSİYAEDİCİ MƏHLUL İSTEHSALI