İranlı tədqiqatçılar sağlamlıq durumunu öyrənən aparat düzəltməyə nail olublar
https://azeri.sahartv.ir/news/Özəl-i360473-İranlı_tədqiqatçılar_sağlamlıq_durumunu_öyrənən_aparat_düzəltməyə_nail_olublar
Tehrandakı Əmir Kəbir Universitetinin tədqiqatçıları insanların sağlamlıq durumunu öyrənən aparat düzəltməyə nail olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2020 13:30 Asia/Baku
  • İranlı tədqiqatçılar sağlamlıq durumunu öyrənən aparat düzəltməyə nail olublar

Tehrandakı Əmir Kəbir Universitetinin tədqiqatçıları insanların sağlamlıq durumunu öyrənən aparat düzəltməyə nail olublar.

Öncül startap şirkətlərdən biri kimi İranda sağlamlıq durumunu öyrənən müxtəlif aparatlar işləyib hazırlayan Məpva qrupu  "PO-MED 19" adlı bir aparat düzəldibdir.

Bu aparat şəxsin barmağından əldə olunan məlumat əsasında ürək döyüntüsü, qandakı oksigenin miqdarı, həmçinin şəxsin sağlamlıq vəziyyəti barədə müxtəlif şərhləri həkimə və ya tibb işçisinə təqdim edə bilir.

Bu aparatdan səhiyyə və müalicə mərkəzlərində, bütün idarə, şirkət, müxtəlif ticari və siyasi mərkəzlər, həmçinin mənzillərdə istifadə, şəxslərin ümumi durumunu gündəlik surətdə nəzarətdə saxlamaq üçün tövsiyə edilir.

İRANDA SAĞLAMLIQ DURUMUNU ÖYRƏNƏN APARAT DÜZƏLDİLİB