İyun 12, 2020 14:54 Asia/Baku
  • Sietldə muxtar bölgə yaradılıb

Amerikada ədalətsizliyə etiraz edənlər Sietl şəhərinin bəzi hissələrini ələ keçirib və yol maneələri qoymaqla muxtar bölgə elan ediblər.

SaharAzeri xəbər verir, CNN telekanalı cümə günü səhər xəbər verib: Sietldə yüzlərlə etirazçı Amerikadakı ədalətsizliyə qarşı ümumölkə etirazları istiqamətində bir neçə yol maneəsi qoymaqla bu şəhəri ABŞ konqresi sarayının muxtar bölgəsinə və ya “Caz”a çeviribdir.

Bu məlumata görə, etirazçılarla polis qüvvələri arasında bir neçə gün toqquşmadan sonra Sietlin polis idarəsi binası boşaldılıbdır.

Amerika prezidenti Donald Tramp etirazçılara hücum edərək, onları terrorçu və çirkin anarxist adlandırıb.

Tramp tvitter-də yazıb ki, sol ifratçı demokratların nəzarəti altında olan daxili terrorçular Sietlə yiyələniblər.

Tramp digər bir tvitt-də Vaşinqton ştatının qubernatoru Ci İnsli və Sietl qubernatoru Ceni Durkanı tənqid edib və onlara xitabən təhdidlə bildirib: Elə indi şəhərinizi geri alın! Əgər bu işi görməsəniz, mən bunu edəcəyəm!

 

Teqlər