İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/Özəl-i368466-İnqilab_rəhbərinin_iştirakı_ilə_əzadarlıq_mərasimi_keçirilib
Bu gün İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti gününün əzadarlıq mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2020 16:01 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasimi keçirilib

Bu gün İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti gününün əzadarlıq mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Səhiyyə qaydalarına riayətə görə, əhalinin iştirakı olmadan keçirilən bu mərasimdə höccətulislam Hamed Kaşani öz çıxışında Nəbəvi və Ələvi xüsusiyyətlərindən bəzi cəhətləri bəyan edib. O, hesablamalarda ilahi yardıma diqqəti və Allah yolunda mübarizədən yorulmamağı aqilliyin iki mühüm detalı adlandırb və belə deyib: Düşmən qarşısında mütləq var güc və bacarıqla mübarizəyə qalxmaq gərəkdir. İslam tarixi göstərir ki, müsəlmanlar sırf olaraq maddi səbəblərə söykənərkən və ona görə məğrur olarkən nəticə uğursuzluqla müşayiət olunur.

Mərasimdə həmçinin Əhli-Beyt(ə) məddahı müsibəti zikr edərək, növhəxanlıq edibdir.