Yan 10, 2021 09:07 Asia/Baku
  • “Xudafərin Gömrüyünün yenidən açılması Dağlıq Qarabağın yenidən qurulma prosesində iştirak etmək üçün lazımdır”

Şərqi Azərbaycan Valisinin İqtisadi Məsələlər koordinasiyasi üzrə müavini deyib: Xudafərin gömrüyünün yenidən açılması Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurma prosesində iştirak etmək üçün və bu ölkəyə keçidi asanlaşdırmaq üçün vacib olan qərarlardandır. 

SəhərAzəri xəbər verir, Əli Cəhangiri şənbə günü Azərbaycan Respublikası ilə İqtisadi, Əlaqələr və Əməkdaşlıq Komitəsinin iclasında qeyd edib: Şübhəsiz ki, Təbrizin Azərbaycan Respublikası ərazisinə yaxın olması səbəbindən bu gömrüklərin yenidən açılması, Dağlıq Qarabağın yenidən qurma prosesində İran şirkətlərinin ehtiyac duyduğu obyektlərin, avadanlıqların və əşyaların verilməsində çox vacib və həlledici rol oynayacaqdır.
Gümrüklərin qurulmasının dövlət kabineti tərəfindən təsdiqlənməsi lazım olduğunu söyləyən Cəhangiri, deyib: "Buna görə, Valinin imzası ilə Şərqi Azərbaycanın tələb məktubu və gömrüyün digər tərəfində lazimi şəraitin yaradılması üçün Azərbaycan Respublikasının səlahiyyətli şəxslərindən müraciət, Şərqi Azərbaycan Valiliyinin gündəmindədir".
Cəhangiri əlavə edib: "Bu baxımdan, Xudafərin körpüsünün yenidən qurulması, Şərqi Azərbaycan ərazisindən Dağlıq Qarabağın azad edilmiş ərazilərinə keçməyi asanlaşdırmaq üçün Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri tərəfindən prioritet olaraq qoyulmalı olan ən təməl və əsas məsələlərdən biridir".
Cəhangiri vurğulayıb: "Xudafərin Gömrüyü tezliklə açılsa, Türkiyə də daxil olmaqla bölgə ölkələri də İranın tranzit üstünlüyündən mallarını və xidmətlərini bu gömrükdən göndərmək üçün istifadə edə bilər ki, bu da Tehran, Bakı və Ankaranın maraqları üçün faydalı olacaqdır".
Cəhangiri, Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulması üçün İranın Azərbaycan Respublikasında olmasını, İran şirkətləri və özəl sektor üçün xüsusi bir fürsət adlandırıb.

Teqlər