Mart 18, 2021 13:23 Asia/Baku
  • İslam dünyası öz daxilində ifratçılığın kökünün kəsilməsinə ehtiyac duyur

İranın xarici işlər naziri deyib ki, İslam dünyası öz daxilində ifratçılığın kökünün kəsilməsinə və nifrət doğuran təkfirçilik ideologiyasını ixrac edən kəslər ilə sıx mübarizəyə ehtiyac duyur.

SəhərAzəri xəbər verir ki, çərşənbə günü virtual formada və islamofobiya məsələsinin araşdırılması məqsədilə Nyu-Yorkda keçirilən İslam Əməkdaşlığı Təşkilatının yüksək səviyyəli iclasında Məhəmməd Cavad Zərif bu bölmənin ilk natiqi kimi İranın islamofobiya və onunla beynəlxalq mübarizə zərurəti barədəki mövqeyini şərh edib.

İranın xarici işlər naziri öz çıxışında dini nifrət, ifratçılıq, islamofobiya, ksenofobiya və rasizmin bütün formaları ilə mübarizədə dəyərli və təsirli mexanizmlər kimi, dinlər və mədəniyyətlər arasında dialoqun təşviq edilməsi və dinc yanaşı yaşamanın yüksəldilməsi sahəsi də daxil olmaqla İslam Əməkdaşlığı Təşkilatının hədəflərinə təkid edib. O, dünyanın müxtəlif bölgələrində İslam dininə və müsəlmanlara qarşı dözümsüzlüyün inkişaf etməkdə olan prosesini nigaranedici bir problem adlandırıb.

Zərif sonra söyləyib: Hazırda Qərb ölkələri rəhbərlərinin müsəlmanlara qarşı zorakı hərəkətləri və nifrətyaymanı pisləmələri və müsəlmanların ilkin insani hüquqlarının pozulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmələrinin vaxtı gəlib çatıbdır.

Teqlər