Mart 20, 2021 13:50 Asia/Baku
  • Baydenin təbrik mətubu Azərbaycanda narazılıq doğurdu

ABŞ prezidentinin Novruz bayramı ilə əlaqədar azərbaycanlı həmkarını təbrik etməsi narazılığa səbəb olub.

SəhərAzəri xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının prezidentinin İlham Əliyevə məktubunda deyilir:

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq".

Ekspertlər bildirirlər ki,  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər göstərməyə hazır olduqlarını bəyan etməsi bir qədər  qəribə görünür. Çünki Azərbaycan prezidenti dəfələrlə bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi adlı termin yoxdur və o, həll edilərək tarixə qovuşub.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün “Feysbuk” hesabında bu mövzuya münasibət bildirərək qeyd edir ki, Baydenin məktubunda Azərbaycanın Qarabağ siyasətinə aşkar uyuşmaz məqam var:

"Belə ki, Baydenin "Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərlə işləməyə hazırıq” fikri Azərbaycanın hazırkı Qarabağ siyasətinə prinsipial olaraq uyğun deyil. prezidentimiz deyib ki, münaqişə həll olundu və artıq tarixə qovuşdu. Ancaq Bayden məktubunda Azərbaycanın bu strategiyasını bölüşmədiyini açıq göstərir".

Politoloq Rəşad Bayramov isə bildirdi ki, İstənilən halda, Qarabağda hər hansı bir status ətrafında müzakirə aparıla bilməz. ABŞ-ın həmsədr ölkə kimi bu mövqeyi bizi qane edə biləmz.

Teqlər