May 30, 2023 17:41 Asia/Baku

Azərbaycandakı şiə məscidlərində ciddi axtarışların aparılmasına başlanıb.

Azad Bakı portalı xəbər verir ki, axtarış əməliyyatında iştirak edənlər məscidlərə ayaqqabı ilə daxil olur, şiəliyə aid olan kitabları və üstündə imamların sözləri yazılmış əşyaları məscidlərdən aparırlar.

Qeyd edək ki, Azərbaycanda 6 aya yaxındır ki, Əhli-beyt (ə) məktəbinə qarşı amansız mübarizə başlayıb. Təkcə bu müddət ərzində min nəfərdən çox şiə ruhani və dindar narkotik ittihamı ilə şərlənərək həbs edilib.

Məqalə müəllifinin fikrincə , əslində baş verənlərlə şiəliyə qarşı görüntü yaradılıb ölkədə bu görüntü altında ümumilikdə İslama qarşı çox ciddi şəkildə mübarizə aparılır. Belə ki, namaz vaxtını bildirən təqvimlər bütün satış nöqtələrindən yığışdırılıb. Hətta bu cədvəllərin satışı qeyri-rəsmi şəkildə qadağan edilib.

Həmçinin namaz qılmaq qaydalarını öyrədən broşuralar və ya İslam Peyğəmbərinin (s.ə.s) fikirləri əks edilən bukletləri artıq məscidlərdən və kitab satışı mağazalarından tapmaq mümkün deyil.

 

Teqlər