Sen 10, 2023 17:57 Asia/Baku

Xankəndində ermənilərə qarşı Azərbaycan tərəfindən soyqırımı həyata keçirildiyini iddia adən qərb ölkələri və mediyaları Rusiyanın Ağdam yolu ilə Xankəndinə humanitar yardım yükünün buraxılmasına imkan vermir.

Rusiyanın Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağda yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndinə keçidi gecikir.

“Report”un bu gün günortaya olan məlumatına görə Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda dayanıb. TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri qonstruktiv mövqeyi bildirilsə də, məlumatda etibarlı mənbələrə istinadla deyilir ki, yükün Xankəndinə buraxılmaması Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqinin nəticəsidir.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

ərzaq yükü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

 

 

Teqlər