Sionistlər dəhşətli cinayətlərə imza atırlar
Qəzzə əhalisinə qarşı hərbi cinayət törədilir
Terrorçu İsrail rejimi Qəzzə əhalisinə qarşı tərkibində ağ fosfor olan bombalardan istifadə etməklə müharibə cinayəti törədir.
“Əl-Məyaden” telekanalının məlumatına görə, çərşənbə axşamı sionist rejim ordusu Qəzzə zolağında əl-Kəramə bölgəsinə hücum zamanı tərkibində ağ fosfor olan bombalardan istifadə edib.
Ağ fosforun yanma temperaturu 800-2500 dərəcə selsi təşkil edir, dəri və paltar da daxil olmaqla müxtəlif səthlərə yapışdığı üçün bu yanan maddənin söndürülməsi çətinləşir.
Bu maddənin alışdırıcı silahlarda istifadəsi beynəlxalq qanunlar əsasında qadağandır. Lakin sionist rejim BMT və onun qərbli havadarlarının sükutu sayəsində Qəzzə əhalisinə qarşı cinayətlərində bu qadağan olunmuş silahdan istifadə edir.