İran Dünya Voleybol Liqasında ilk xalını qazandı
https://azeri.sahartv.ir/news/İran-i194587-İran_dünya_voleybol_liqasında_ilk_xalını_qazandı
İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 4-cü turunda dünya çempionu Polşa qarşısında 3:2 hesabı ilə məğlub olmasına baxmayaraq, bu oyunda 2 seti qazandığına görə, yarışlarda ilk xalını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 03:38 Asia/Baku
  • İranın Dünya Voleybol Liqasında ilk xalı
    İranın Dünya Voleybol Liqasında ilk xalı

İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 4-cü turunda dünya çempionu Polşa qarşısında 3:2 hesabı ilə məğlub olmasına baxmayaraq, bu oyunda 2 seti qazandığına görə, yarışlarda ilk xalını alıb.

Ötən gecə baş tutan bu oyunda İran yığması 2, 3, 5-ci setləri 25:22, 25:16 və 15:4 hesabı ilə Polşaya məğlub olub və ilk və 4-cü setləri 25:22 hesabı ilə qalib gəlib.
4-cü turun sonunda hazırda Dünya Voleybol Liqasında İran və Rusiya hərəyə bir xalla ABŞ və Polşadan sonra 3-cü, 4-cü yerləri bölüşdürürlər.
Qrupdan 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq və İran yığmasının gələn oyunlarda ev sahibi olduğuna görə, qrupu adlamaq üçün böyük üstünlüyü vardır.