İran Avropaya qaz ixrac etməyə hazırdır
İyun 11, 2015 12:40 Asia/Baku
-
İran Avropaya qaz ixrac etməyə hazırdır
İranın Milli Qaz Şirkətinin beynəlxalq məsələlər şöbəsinin direktoru deyib: İran İslam Respublikası Avropaya ildə 25-30 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Milli Qaz Şirkətinin beynəlxalq məsələlər şöbəsinin direktoru Əzizullah Ramazani Etimad qəzetinə verdiyi müsahibədə sanksiyaların ləğvindən sonra Avropaya qaz ixracı üçün İranın layihələrini açıqlayaraq deyib: Avropaya qaz ixracı üçün bütün mövcud seçimlər araşdırılacaq.İndiyə qədər İran qazının Avropaya nəqli üçün müxtəlif 7-8 istiqamətin olduğunu bildirən Ramazani əlavə edib: Avropaya qaz nəqlinin yollarından biri İran-İraq-Suriya yoludur.
Türkiyə istiqaməti ilə də bir neçə yolun, o cümlədən Azərbaycan Respublikası, Gürcüstan və Qara dəniz vasitəsi ilə qaz nəqli yollarından birinin olduğunu bildirən Ramazani xatırladıb: Avropaya qaz ixracatının digər dəhlizi Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsi ilədir.
İranın Milli Qaz Şirkətinin idarə heyətinin üzvü Avropa bazarının qazın qiymətini təyin etdiyini bildirərək söyləyib: Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması məsələsi, eləcə də təbi qaz vasitəsi ilə bu qitənin enerjisinin 22-23%-nin təmin olunmasını nəzərə aldıqda Avropa ölkələri öz qaz təminatı istiqamətində müxtəlif yollar ardıncadırlar.