İyun 12, 2015 19:36 Asia/Baku
  • İranın BƏT-in konfransına ev sahibliyi təklifi müsbət qarşılanıb
    İranın BƏT-in konfransına ev sahibliyi təklifi müsbət qarşılanıb

Beynəlxalq Əmək Təşkilatının baş direktoru bu təşkilatın növbəti konfransının İran İslam Respublikasında keçirilməsi ilə əlaqədar təklifi müsbət qarşılayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii Beynəlxalq Əmək Təşkilatının 40-cı iclasının kənarında bu təşkilatın baş direktoru Qay Rayderlə görüşdə təklif edib ki, növbəti regional əməkdaşlıq konfransı İranda keçirilsin.
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder bu konfransın İranda keçirilməsini müsbət qarşılayaraq İranın əmək, kooperasiya və sosial təminat naziri tərəfindən təqdim olunan təhlilləri təsdiqləyib və deyib: Bu təşkilat problemlərin aradan qaldırılması məqsədilə ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
Qay Rayder həmçinin İranın region ölkələri ilə texniki əməkdaşlıqlarının inkişaf etməsindən razılıq edərək əməkdaşlıqların genişlənməsini istəyib.
İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii də Yaxın Şərq regionunun vəziyyətini araşdıraraq, region ölkələri gənclərinin işsizlik problemi və onların Avropa ölkələrində təkfirçi və terrorçu qruplaşmalar, xüsusilə də İŞİD-in hədəfi olmaları və terror bazalarının güclənməsindən nigaranlıq edib.
Texniki və professional təlimlərin keçirilməsi, iş yerlərinin yaradılması ilə bağlı İranın beynəlxalq təcrübələrinə toxunan Rəbii deyib: Hazırda İran regionda örnəyə çevrilib və Beynəlxalq Əmək Təşkilatı bu fürsətdən region ölkələrinə kömək etmək çərçivəsində istifadə edə bilər.
Dünyanın 158 ölkəsinin nümayəndələrinin iştirakı ilə Cenevrədə keçirilən Beynəlxalq Əməkdaşlıq Təşkilatının 40-cı illik iclasının iştirakçıları iqtisadiyyat, əmək, münasib iş yerlərinin yaradılması, beynəlxalq standartların icra olunması və 2016 və 2017-ci illər üçün büdcə proqramlarının təklif olunması barədə qərarlar çıxarıblar.

Teqlər