Voleybol üzrə Dünya Liqası çempionu adını qoruyan ABŞ yığması Tehranda təslim oldu
https://azeri.sahartv.ir/news/İran-i195020-voleybol_üzrə_dünya_liqası_çempionu_adını_qoruyan_abŞ_yığması_tehranda_təslim_oldu
Dünya Liqası çümpionu adını müdafiə edən ABŞ yığmasının Tehranda, İranın voleybol üzrə yığma komandası ilə görüşü tam uğursuzluqla nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2015 04:22 Asia/Baku
  • Tehran - Voleybol üzrə Dünya Liqası 2015
    Tehran - Voleybol üzrə Dünya Liqası 2015

Dünya Liqası çümpionu adını müdafiə edən ABŞ yığmasının Tehranda, İranın voleybol üzrə yığma komandası ilə görüşü tam uğursuzluqla nəticələnib.

İranın voleybol üzrə yığma komandası voleybol üzrə Dünya Liqası 2015 oyunları çərçivəsində dünən, cümə günü Tehranın 12 min nəfərlik "Azadi" idman zalında ABŞ yığmasını qəbul edib. İran yığması Dünya Liqası çempionu adını daşıyan ABŞ yığmasını 3:0 hesabı ilə məğlub edib.
İran yığması 1-ci seti 25:19, 2-ci seti 29:27, sonuncu seti isə 25:20 hesabı ilə başa vurub.
İran və ABŞ yığmalarının növbəti qarşılaşması bazar günü baş tutacaq.