İran voleybolçuları ABŞ yığmasını qətiyyətlə məğlub etdilər
İyun 22, 2015 10:07 Asia/Baku
İran İslam Respublikasının voleybol üzrə yığma komandası Dünya Liqası çərçivəsində ikinci dəfə Tehranda ABŞ yığmasını qəbul edib və 3:0 hesabı ilə rəqibi üzərində qələbə çalıb.
Bazar günü axşam Tehranın 12 min nəfərlik "Azadi" idman zalında baş tutan bu görüşdə İranlı voleybolçular bir daha ABŞ yığması üzərindəki üstünlüklərini nümayiş etdiriblər.İranın voleybol üzrə yığma komandası gözəl bir oyun nümayiş etdirərək, ABŞ yığmasını 3:0 hesabı ilə məğlub edib. Oyunun birinci seti 25:20, ikinci seti 25:21, 3-cü və sonuncu seti isə 25:19 hesabı ilə nəticələnib.
İran yığması ABŞ yığması ilə ilk qarşılaşmasında da rəqibini oxşar nəticə ilə yəni, 3:0 hesabı ilə məğlub etmişdi. Bu, ABŞ yığmasının voleybol üzrə Dünya Liqasındakı ilk məğlubiyyəti idi.