İran Polşaya qalib gəldi
https://azeri.sahartv.ir/news/İran-i195213-İran_polşaya_qalib_gəldi_
İranın yığma komandası Polşa yığma komandasını Tehranda qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2015 03:36 Asia/Baku
  • İran Polşaya qalib gəldi
    İran Polşaya qalib gəldi

İranın yığma komandası Polşa yığma komandasını Tehranda qəbul edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Dünya Voleybol Liqasının 7-ci turunda polşalıları qəbul edən iranlı voleybolçular 3:2 hesabı ilə qələbə qazanıblar.
Gərgin keçən matçda İran voleybolçuları 1-ci setdə qalib gəliblər. 2-ci və 3-cü setləri polşalılar öz xeyirlərinə başa vursalar da, 4-cü setdə İran yığması təşəbbüsü ələ alıb. Həlledici setdə isə İran voleybolçuları rəqibə heç bir şans verməyiblər.
Qeyd edək ki, Dünya Voleybol Liqasının 8-ci turu çərçivəsində B qrupunda İran Polşanı, Rusiya isə Amerikanı qəbul edəcək.