İranda xarici investisiya 3 dəfə artıb
İyun 28, 2015 16:56 Asia/Baku
İran İslam Respublikasında xarici investiyanın dəyəri ötən 3 ay ərzində 3 milyard dollara çatıb.
Səhər Beynəlxalq Televiziyasının ŞANA-ya istinadlı məlumatına görə, İranın Xarici İnvestisiya Təşkilatı bildirib: İranın İnvestisiya və İqtisadi və Texniki Yardımlar Təşkilatı tərəfindən təsdiqlənən investisiyaların dəyəri ötən 3 ay ərzində 3 milyard dollar artmışdır. Bu artım ötən ilin bütün investisiya yatırımı ilə müqayisədə üçqat artımın olduğunu göstərir. Halbuki hələlik İran əleyhinə ədalətsiz sanksiyalar ləğv olunmayıb və İran iqtisadiyyatına təzyiqlər davam edir.Ötən iki il ərzində müxtəlif iqtisadi və siyasi sahələrdə atılan addımlar və İranın beynəlxalq münasibətlərinin səviyyəsinin yüksəlməsi səbəb olub ki, 2015-ci ilin ilk aylarında müxtəlif ölkələrdən investorlar tərəfindən çoxlu müraciətlər olunmuş, nəzərdə tutulan layihələri araşdırmaq üçün müxtəlif heyətlər İrana səfər etmiş və əlaqədar qurumlarla danışıqlar aparmışlar.