İranda nüvə anlaşması barədə rəy sorğusu
İyul 14, 2015 09:44 Asia/Baku
İranda etibarlı elmi müəssisənin apardığı rəy sorğusu iranlıların yalnız izzətli anlaşmanı qəbul etdiklərini göstərir.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, etibarlı elmi müəssisə ötən həftələr ərzində İranda 179 min 481 nəfərin nüvə anlaşması, ictimaiyyətin müxtəlif məsələləri barədə rəyini öyrənib. Nəticəyə əsasən 88,6% ölkənin izzətini qoruyan və qırmızı xətlərə riayət edilən anlaşma ilə razı olduğunu bildirib.Bu rəy sorğusunda İran və Altılıq qrupu arasında son nüvə müzakirələri barədə iki seçimli bir sual verilib.
İranlıların 88,6%-i "Nüvə anlaşmasında qırmızı xətlərə riayət olunmalı, milli izzət qorunmalıdır, yoxsa anlaşma olmamalıdır" cavabını seçib.