Avq 17, 2015 20:11 Asia/Baku
  •  general-mayor Hüseyn Dehqan
    general-mayor Hüseyn Dehqan

İranın müdafiə naziri deyib: İran İslam Respublikasının hərbi doktrinası müdafiə üzərində qurulub.

İRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan bu gün Tehranda icraedici orqanların koordinasiya şurasının iclasında deyib: İran İslam Respublikası həmişə öz strategiyası, quruluşu və təchizatlarında müdafiə baxışına malik olub.
General-mayor Dehqan hazırda İranın Müdafiə Nazirliyinin ən qısa zamanda təhdidlər ilə qarşılaşmaq üçün maksimum hazırlığın əldə edilməsinə hazır olduğunu bildirib və deyib: İran İslam Respublikası Silahlı Qüvvələrinin iqtidarı sadəcə müdafiə xarakterli olub, regionda sülh, sabitlik və təhlükəsizliyin qorunmasına xidmət edir. İranın bu sahədə yürütdüyü müdafiə diplomatiyası xeyli aktivdir və böyük təsirə malikdir.
İranın müdafiə naziri daha sonra İranın hazırda regionda məqbul bir təhlükəsizliyə malik olduğunu deyərək, əlavə edib: İranın silahlı qüvvələri dəyişkən təhdidlər ilə üzləşdikdə, öz preventivlik xüsusiyyətini qoruyaraq, ölkəyə qarşı yönəlmiş istənilən təhdidi məğlubiyyətə uğradacaq.

Teqlər