Yaxın gələcəkdə İngiltərədə iki İran bankı fəaliyyət göstərəcək
Avq 23, 2015 19:26 Asia/Baku
İran İslam Respublikası Mərkəzi Bankının direktoru yaxın gələcəkdə İngiltərədə iki İran bankının fəaliyyət göstərəcəyindən xəbər verib.
İran İslam Respublikası Mərkəzi Bankının direktoru Vəliyullah Seyf bazar günü axşam İngiltərənin xarici işlər naziri Filipp Hamondun görüşündən sonra İran banklarının İngiltərədəki fəaliyyəti barədə IRNA-ya deyib: İran İngiltərədə dörd banka malikdir ki, Milli Bank və Perşiən İnternəşnəl bankı tezliklə həmin ölkədə fəal ola bilərlər.Seyf həmçinin vurğulayıb: İngiltərənin xarici işlər naziri, xəzinədarlıq idarəsinin müdir müavini və İngiltərə bank müəssisəsinin sərəncamçı müdirinin görüşündə Tehran-London əlaqələri və bank həmkarlıqlarının keçmişi barədə müzakirələr aparıldı və ingilis tərəf bu ölkə banklarının İranda yenidən iştirakına təmayül göstərdi.
İran İslam Respublikası Mərkəzi Bankının direktoru deyib: İranlı banklar da lazımi standartlara çatmaqdadırlar ki, yeni əlaqələr üçün bir maneə yaranmasın.
Seyf habelə ingilis tərəfin Tehran birjasında iştiraka maraq göstərməsindən xəbər verərək, deyib ki, ingilis tərəf London və Tehran birjalarının həmkarlığına maraq göstərdi və bu məsələ İranın əlaqədar rəsmisinə bəyan ediləcək ki, iki birjanın əlaqələri bərqərar edilsin.