Hamondun Tehranda siyasi-iqtisadi görüşünün təfərrüatı
Avq 24, 2015 17:42 Asia/Baku
Paytaxt Tehranda Səfərdə olan İngiltərənin xarici işlər naziri Filip Hamond bu gün səhər çağı İran prezidenti Həsən Ruhani ilə görüşüb.
İngiltərənin xarici işlər naziri dünən nümayəndə bir heyətin başında İİR-nın yüksək səviyyəli rəsmiləri ilə görüşmək məqsədi ilə Tehrana daxil olub.Bu İngiltərə xarici işlər nazirinin 2003-cü ildən bəri ilk səfəri olub.
Hamondun Tehranda olması ilə eyni zamanda İran və İngiltərə səfirlikləri 4 il müvəqqəti işlər vəkili səviyyəsində idarə ediləndən sonra yenidən Tehran-Britaniya səfirlikləri açılıb.
Hamond iranlı həmkarı ilə Məhəmmədcavad Zəriflə Tehranda keçirdiyi birgə mətbuat konfransında səfirliklərin yenidən açılmasını əlaqələrin açılmasının asanlaşdırılmasının lkin addımı hesab edib və bildirib: Ölkəsi İranla iqtisadi münasibətlərin genişləndirilməsini qarşıya məqsəd qoyub.
İngiltərənin xarici işlər naziri habelə İranla altılıq ölkələrinin ümumi razılaşmasının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasına əmin olduğunu bildirib və söyləyib: Söz yox ki Amerika Birləşmiş Ştatları konkret yoxlamalar və araşdırmaların ardınca nüvə razılaşmasını təsdiqləyəcək.
İranın xarici işlər naziri də bəzi məsələlər haqda Tehranla London arasında fərqli və ziddiyyətli fikirlərin dialoq və əməkdaşlıq yolu ilə həll edilməsi mövzu adlandırıb və deyib: Hazırda iki ölkənin münasibətləri qarşılıqlı ehtiram , aparıcı siyasət və dialoq sayəsində yeni bir fazaya daxil olub.
İran və İngiltərə səfirliklərinin açılması mediaların əsas süjetinə çevrilib. Bu haqda müxtəlif reportyorları və siyasi analizlər əksər medialarda yerləşdirilibdir.
Assoşiyeyted Press İngiltərənin Tehrandakı səfirliyinin yenidən açılmasını əlamətdar bir hadisə hesab edib və bunu tarixi Vyana nüvə anlaşmasının ardınca İranla əlaqələrin səmimiləşməsi kimi dəyərləndirib.
Fran 24 telekanalı da səfirliklərin yenidən açılmasını artıq İranla Qərb münasibətlərinin sıxlaşması üçün həqiqi bir iradənin nişanəsi hesab edib.
Frans 24 kanalının şərhçisi qeyd edib: İqtisadi münasibət və ticarət əlaqələrinin qurulması İngiltərənin İranla əlaqələri yenidən qurmaqda güddüyü mühüm məqsədlərdən biridir. Belə ki bu istiqamətdə Röyal Daç Şel neft şirkəti təmsilçisinin Tehrana səfərini yaxşı bir nümunə kimi yad edib.
Əslində bu xəbər telekanalının Filip Hamondun İrana iqtisadi və ticarət məqsədlərinə işarə etməsi də səbəbsiz deyil. Zira Hamond Tehranda özünün ilkin görüşlərinin çərçivəsində İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf və bu ölkənin neft naziri Bijən Zəngənə ilə dialoqa daxil oldu.
Seyf İngiltərənin Bank müəssisəsinin baş müdiri eləcə də xəzinəçilik müavininin hüzurunda Filip Hamond ilə apardığı danışıqlarında İran-İngiltərə arası bank heyətlərinin mübadilə edilməsindən xəbər verib və deyib: Tez bir zamanda İngiltərədə iki İran bankının fəaliyyətinə start veriləcək.
İran Mərkəzi Bankının sədri habelə İngiltərənin İran birjasında iştirak etməyə maraqlı olduğuna toxunaraq qeyd edib: Bu görüşdə qarşılıqlı münasibətlər barədə bank əməkdaşlıqlarının keçmişi eləcə də mövcud potensiallar və imkanlardan istifadənin edilməsi haqda müzakirə edildi.
Filip Hamond Seyf ilə apardığı danışıqlarında açıq şəkildə bəyan etdi ki, İİR üçün yaradılan yeni vəziyyətin ardınca xüsusilə də İranda iqtisadi atmosferin yaradılmasını nəzərə alaraq Banklar və mali şirkətlərimizin İranla əməkdaşlıq etməyə maraqları çoxalıb.
İranın neft naziri də Röyal Daş Şel neft şirkətinin İranda fəaliyyət göstərməyə maraq göstərməsində işarə edərək embarqoların aradan qalmasından öncə BP – nin də adının İranın yaxşı müştərilərindin biri kimi hallandırdı.
Bijən Zəngənə də Hamond ilə bu görüş çərçivəsində xatırladıb: İngilislər İranda uğur qazanmaqda bu ölkədə sərmayə yatırmaqdan savayı İranda müştərək istehsal üçün səy göstərməlidir.