Avq 31, 2015 10:18 Asia/Baku
  • Məhəmmədhəsən Hüseynini
    Məhəmmədhəsən Hüseynini

Suriyanın informasiya naziri ölkəsindəki iranlı jurnalistlər və müqavimət medialarının funksiyasından məmnun qaldığını ifadə edib.

Təsnim Xəbər Agentliyinin məlumatına əsasən Suriyanın İnformasiya naziri İmran Əl-Zəbi İranın dəməşqdəki səfiri ilə Suriya xəstəxanalarından birində son günlər bu ölkədə yaralanmış iranlı jurnalist Məhəmmədhəsən Hüseynini ziyarət edərkən iranlı jurnalistlər və müqavimət medialarının səylərinə görə məmnunluq ifadə edib.
Əl-Zəbi deyib: İctimaiyyəti aldadan və müəyyən uydurmalardan istifadən edən düşmən medialarnını cəhdlərinin mahiyyətini, ictimaiyyətə ifşa və nəql etdirməkdə iranlı jurnalistlər və müqavimət medialarının səyləri həqiqətən də effektli olub.
Suriyada yaralanmış iranlı jurnalist Məhəmmədhəsən Hüseyni də Suriya olayları ilə bağlı reallıqları ictimaiyyətə işıqlandırmaqdakı səylərini davam etdirəcəyini vurğulayaraq deyib: Suriya mediaları canfəşanlıqda öncüldürlər və bu ölkənin verdikləri şəhidlər onların mübarizə əhval ruhiyyəsini daha da gücləndirir.
Suriya ordusunun terrorçulara qarşı mübarizə əməliyyatlarını əks etdirmək məqsədi ilə Suriyanın Laziqiyyə məntəqəsində mərkəzləşən jurnalist Məhəmməd Həsən Hüseyni bazar ertəsi günü yaralanıb.

Teqlər