İranın Məhkəmə Hakimiyyətinin sözçüsü:
https://azeri.sahartv.ir/news/İran-i423174-İranın_məhkəmə_hakimiyyətinin_sözçüsü
Rəhbərin və komandanların terror edilməsi ilə bağlı ittiham aktları hazırlanıb
(last modified 2026-09-19T16:11:14+00:00 )
Sen 19, 2026 20:08 Asia/Baku
  • İranın Məhkəmə Hakimiyyətinin sözçüsü:

Rəhbərin və komandanların terror edilməsi ilə bağlı ittiham aktları hazırlanıb

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Seyid Əli Kazimi bildirib ki, qurum Şəhid Mücahid Rəhbər və hərbi komandanların terror edilməsi ilə əlaqədar iş üzrə ABŞ və sionist rejimin 159 yüksək vəzifəli siyasi və hərbi rəsmisinə qarşı ittiham aktları hazırlayıb.O, qeyd edib ki, bununla bağlı Tehran məhkəməsi və prokurorluğunda bir neçə hüquqi və cinayət işi açılıb.Seyid Əli Kazimi televiziya proqramında deyib: “Şəhid Mücahid Rəhbər və komandanların terror edilməsi ilə bağlı iş üzrə ABŞ və sionist rejimin 159 yüksək səviyyəli siyasi və hərbi rəsmisi barəsində təqib başlanıb. Onlardan 92-si amerikalı, 67-si isə israillidir. Təqsirləndirilən şəxslər barəsində ittiham aktı hazırlanıb və iş məhkəməyə göndərilib.”Məhkəmə hakimiyyətinin sözçüsü əlavə edib: “Tehran məhkəməsində hazırda baxılan və İran vətəndaşları tərəfindən kollektiv iddia qismində qaldırılan işlərdən biri maddi, mənəvi və cəza xarakterli təzminatların tələb edilməsini ehtiva edir”.