Sen 16, 2015 21:43 Asia/Baku
  • İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına təkid edildi
    İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına təkid edildi

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə İranın sənaye, mədən və ticarət nazirinin müavini Mehdi Kerbasian arasında baş tutan görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə təkid edilib.

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət nazirinin müavini, Mədənlərin inkişaf etdirilməsi və mədən sənayesinin yenidənqurulması üzrə təşkilatın (İMİDRO) sədri Mehdi Kerbasianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şahin Mustafayev bu görüşdə İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasına işarə edərək, deyib: Siz çox yaxşı bir zamanda Bakıya gəlmisiniz. Əlaqələrin inkişafı üçün şərait son dərəcə münasibdir.
Görüşdə Ş. Mustafayev ölkələr arasında əməkdaşlığın inkişafında Azərbaycan və İran dövlət başçılarının böyük rolunu qeyd edib, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb: “Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayenin maşınqayırma, polad istehsalı, mədən sənayesi, əczaçılıq sahələrində əlaqələrin daha da inkişafı üçün geniş potensial var”.
Mədən sənayesi sahəsində İranın böyük təcrübəyə malik olduğunu qeyd edən Ş. Mustafayev "Azərbaycan Polad İstehsalı" Kompleksi ilə İranın Mədənlərin inkişaf etdirilməsi və mədən sənayesinin yenidənqurulması üzrə təşkilatı arasında əməkdaşlıq imkanlarını, eləcə də Azərbaycan şirkətlərinin İrana investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırıb.
M. Kerbasian da bu görüşdə ölkələr arasında sənaye sahəsində əlaqələrin genişləndirilməsi və İMİDRO-nun fəaliyyəti barədə məlumat verib. O, mədən, polad istehsalı, əlvan metallurgiya sahələrində, eləcə də İranda fəaliyyət göstərən azad iqtisadi zonalarla əməkdaşlıq imkanlarını qeyd edib, Azərbaycan iş adamlarını bu sahələrə investisiya qoymağa dəvət edib.

Teqlər