Müqavimət iqtisadiyyatı hərtərəfli proqrama ehtiyaclıdır
Okt 06, 2015 11:11 Asia/Baku
İran İslam Respublikasının vitse-prezidenti deyib: Müqavimət iqtisadiyyatının icrası hərtərəfli və icra olunası bir proqrama ehtiyaclıdır.
İranın vitse-prezidenti İshaq Cahangiri bazar ertəsi günü müqavimət iqtisadiyyatının idarə olunması qərargahının ikinci iclasında deyib: müqavimət iqtisadiyyatının makro siyasətləri iqtisadiyyatla bağlı proqramların icrası üzrə dövlət üçün misilsiz fürsət sayılır.İ.Cahangiri əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri müqavimət iqtisadiyyatı siyasətlərinin icrasına xüsusi təkid ediblər və bu məsələ dövlət üçün son dərəcə münasib bir şərait yaradıb. Belə ki, dövlət yaranmış fürsətdən istifadə edərək, bütün güc strukturları, ümumi və qeyri dövlət qurumlarının potensiallarından faydalanmaq yolu ilə müqavimət iqtisadiyyatını icraya qoya bilər.
Vitse-prezident İnqilab Rəhbərinin müqavimət iqtisadiyyatının makro siyasətləri barədə tövsiyələrini xatırladaraq, bütün icra strukturlarından istəyib ki, bu siyasətlərin icrasına keçmişdə olduğundan daha artıq diqqət və səy göstərsinlər.
Bu məlumata görə, Müqavimət İqtisadiyyatının İdarə Edilməsi Qərargahının 2-ci iclasında qərara alınıb ki, indiyə kimi dövlət tərəfindən hazırlanan proqramların araşdırılması və yenidən nəzərdən keçirilməsi ilə, müqavimət iqtisadiyyatının icrası üçün hərtərəfli proqram hazırlansın və İnqilab Rəhbəri tərəfindən təsdiq edildikdən sonra icraya qoyulsun.