Noy 05, 2015 12:01 Asia/Baku
  • İran Silahlı Qüvvələri çevik reaksiya ilə təhdidlərin qarşısını alırlar
    İran Silahlı Qüvvələri çevik reaksiya ilə təhdidlərin qarşısını alırlar

İranın müdafiə naziri deyib: İran İslam Respublikası Silahlı Qüvvələri düşmənin səviyyəsi və təhdidinə münasib şəkildə çevik reaksiya verə bilər.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İranın müdafiə naziri genaral-mayor Hüseyn Dehqan İranın xaricdəki nümayəndəliklərinin rəhbərləri qarşısında regional və beynəlxalq prosesləri açıqlayaraq bəsirət, sayıqlıq, düşmənin tanınması və müqaviməti siyasi, müdafiə və təhlükəsizlik sahələrindəki qalibiyyətin rəmzi adlandırıb və əlavə edib: Müdafiə qüdrəti həmişə aktiv müdafiə diplomatiyası və xarici siyasətlə təkmilləşdirici rolu oynamaqla, İran İslam Respublikasının təhlükəsizlik əmsalını yüksəltmiş və önləyici qüdrəti qüdrəti artırmışdır.
General Dehqan bildirib: Hazırkı şəraitin dəyişilməsi ilə, daxili potensial və qabiliyyətlər cihadi və müqavimət iqtisadiyyatı idarəçiliyi funksiyası ilə İranın yüksəlişi və inkişafına nail olmaq üçün aktiv olmalı və beynəlxalq ictimaiyyətdə irimiqyaslı şəkildə anlaşma ilə zorakılığı olmayan region və dünyada davamlı təhlükəsizliyin reallaşmasına zəmin yaratmalıdır.
İranın müdafiə naziri əlavə edib: Hökumətin daxili və xarici səhnədə hərtərəfli siyasətləri və addımlarının kənarında İslam İnqilabının Böyük Rəhbərinin hikmətli tədbirləri İran İslam Respublikasının regionun təhlükəsizliyində layiqli yeri əldə etməsinə səbəb olmuşdur. Belə ki, imperialist sistemin öz avantürist və təcavüzkar məqsədlərini reallaşdırmasına imkan verməyəcək qüdrəti yaratmışdır.

Teqlər