Noy 12, 2015 14:49 Asia/Baku
  • əhəmməd Cavad Zərif
    əhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri deyib: Yaxın Şərq regionu problemlərinin hərbi həll yolu yoxdur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Qumda böyük təqlid mərcələri ilə görüşünün kənarında verdiyi müsahibədə əlavə edib: Regionun problemi, o cümlədən Suriya böhranı xarici müdaxilələri nəticəsidir və bu müdaxilələr dayandırılmalıdır.
Regionda terrorizm və radikallıqla ikili rəftarın dayandırılmalı olduğunu bildirən Zərif bildirib: Region ölkələrinin taleyi öz xalqları tərəfindən təyin olunmalıdır və digərləri region ölkələri barədə qərar çıxara bilməzlər.
İranın xarici siyasət idarəsinin rəhbəri Xarici İşlər Nazirliyinin Mina faciəsi üzrə izləmələrinə toxunaraq deyib: İran Xarici İşlər Nazirliyi Mina faciəsinin cəhətlərinin araşdırılması və onun təkrarlanmasının qarşısının alınmasını izləyir. Hazırda həlak olanlar və itkin düşənlər, o cümlədən İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadinin vəziyyətinin müəyyənləşməsini ciddi şəkildə diqqət mərkəzində saxlayaraq sənədləri toplamaqdadır.
Zərif həmçinin Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası barədə deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri, İslam Şurası Məclisi və Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına əsasən izlənilməkdədir.
İran xarici işlər naziri Quma səfəri və böyük təqlid mərcələri ilə görüşü barədə də deyib: İslam dünyası radikal və təkfirçi qrupların təhlükəsi ilə elmi və mədəni qarşılaşmaya ehtiyaclıdır. Qum islam dünyasının mədəniyyət paytaxtı olaraq radikallıq təfəkkürü ilə mübarizədə islamın ali təlimlərindən qaynaqlanan dialoqla çoxlu köməklik göstərə bilər.

Teqlər