Kiş İranın dünya iqtisadiyyatına giriş qapısıdır
Noy 12, 2015 15:38 Asia/Baku
Kiş adası İranın inkişaf etmiş etmiş önəmli bölgələrindən biri olaraq İranın dünya iqtisadiyyatına giriş qapısı olacaqdır.
Sanksiyaların ləğvindən sonrakı dövr ölkə iqtisadiyyatını və davamlı inkişaf yolunda hərəkəti sürətləndirmək üçün dəyərli fürsətdir. Bu istiqamətdə Sanksiyalardan Sonrakı Dövrdə İran İqtisadiyyatı, Kiş Giriş Qapısı Konfransı daxili və xarici iqtisadiyyat nümayəndələri, iqtisadçılar və hüquqşünasların iştirakı ilə Kiş adasında keçirildi.Bu konfransda arici investisiyaların cəzb olunması yollarının araşdırılması, sanksiyalardan sonrakı dövrdə hüquqi və siyasi problemlərin aradan qaldırılması, İranın birja bazarının dünya bazarına birləşməsinin forması, sanksiyadan sonrakı dövrdə maliyyə mübadilələrinin strategiyaları, ticarət inkişafının həll yolları və təşviqat yollarının araşdırılması, sanksiyadan sonrakı dövrdə azad zonaların maneələrinin aradan qaldırılması və Kişdə yatırım fürsətləri adı altında 3 panel təşkil olundu.
Kiş Azad Zonası Təşkilatının icra direktoru Kiş adasının İranın inkişaf etmiş önəmli zonalarından biri olaraq ölkə iqtisadiyyatının rövnəqli olmasında təsirli funksiyaya malik ola biləcəyini bəyan edərək deyib: Aydındır ki, Kiş adası xüsusi coğrafi özəllikləri və maliyyə və pul bazarları, təhsil və iqtisadi mərkəzlərinə görə, İranın dünya iqtisadiyyatına giriş qapısına çevriləcək.
Sanksiyalardan sonrakı dövrdə azad zonaların əsaslı roluna toxunan Munissan deyib: İranın azad iqtisadi zonaları Hindistan, İraq, Pakistan, Afrika və Mərkəzi Asiya ölkələri, ümumilikdə İranın qonşuluğundakı bazarlara məhsul və texniki-mühəndislik xidmətlərini ixrac etmək üçün önəmli ixracat bazarlarını əldə edə bilərlər.
Sanksiyalardan Sonrakı Dövrdə İran İqtisadiyyatı, Kiş Giriş Qapısı Konfransında 11 ölkənin səfiri də iştirak edib.