Noy 15, 2015 09:50 Asia/Baku
  • Zərif: Sanksiyaların aradan götürülməsi tərzi Con Kerri ilə görüşdə araşdırıldı
    Zərif: Sanksiyaların aradan götürülməsi tərzi Con Kerri ilə görüşdə araşdırıldı

İranın xarici işlər naziri öz amerikalı həmkarı ilə görüşdən sonra deyib ki, bu görüşdə sanksiyaların aradan götürülməsi tərzi və Amerikanın öhdəliklərinin icrası barədə danışıldı.

IRNA-nın məlumatına görə, şənbə günü gecə İranın xarici işlər naziri ilə ABŞ dövləti katibinin görüşündən sonra Məhəmməd Cavad Zərif deyib ki, nüvə anlaşması barədə olan bu danışıqların mehvəri İslam İnqilabı Rəhbərinin tövsiyələri əsasında olubdur.
O, əlavə edib: Bu görüşdə Ərak elektrik stansiyası təsisatlarının sənədinin icrası da araşdırılıbdır.
İran bildiribdir ki, Ərak reaktorunun rekonstruksiyası üzrə rəsmi sənədin imzalanması bazar ertəsi gününədək qətiləşəcəkdir.
Cümə günündən Vyanada olan Abbas İraqçı belə deyib: Ərak reaktorunun rekonstruksiyası üzrə rəsmi sənədin imzalanması İranın və 5+1 qrupunun xarici işlər nazirləri arasında dövri surətdə həyata keçirilməkdədir və bazar ertəsi gününədək bu imzalar başa çatacaq.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü gecə Vyanada Suriya iclasında iştirak edəndən sonra Tehrana geri dönüb.
Bu diplomatik iclas cümə günü Vyanada keçirilmiş öncəki birgünlük iclasın davamında təşkil olunub.
Bu müzakirələrin keçirilməsində məqsəd, Suriyada təhlükəsizliyin qurulması və terrorizmlə mübarizəyə zəmin yaratmaq məqsədilə bir çərçivəyə nail olmağa səy göstərməkdir.

Teqlər