İran və İraq "Ərbəin" zəvvarlarına xidmətin yaxşılaşdırılması üzrə əməkdaşlıq edir
Noy 19, 2015 11:31 Asia/Baku
-
İran və İraq "Ərbəin" zəvvarlarına xidmətin yaxşılaşdırılması üzrə əməkdaşlıq edir
İranın daxili işlər naziri Ərbəin zəvvarlarına xidmətin yaxşılaşdırılması üçün İraq dövləti ilə əməkdaşlığın edilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Əbdürrıza Rəhmani Fəzli İranın cənubunda, Xuzestan vilayətində, Şələmçə sərhəd infrastrukturlarına baxış keçirərəkən deyib: İraqın vəziyyətini və Ərbəin mərasimində iştirak üçün bu ölkəyə gələn zəvvarların sayının çoxluğunu nəzərə alaraq, xüsusilə iranlı zəvvarların rifahı və rahatlığı üçün İraq ərazisində bəzi imkanlar yaradılıb.Rəhmani Fəzli Ərbəin mərasimində iştirak etmək üçün İraqa səfər etmək istəyənlərə rəsmi sənədlərini yanlarında götürmələrini və pasport ilə rəsmi sərhəd keçid məntəqələrinə müraciət etmələrini tövsiyə edib.
İranın daxili işlər naziri həmçinin, Ərbəin zəvvarlarına tövsiyə edib ki, qayıdışla bağlı səfərlərinin eyni günə təsadüf etməsindən çəkinsinlər.
Teqlər