Avropa ilə iqtisadi əlaqələrin genişlənməsi İran hökumətinin önəmli məqsədidir
Noy 19, 2015 19:36 Asia/Baku
İranın Almaniyadakı səfiri Avropa ilə iqtisadi əlaqələrin genişlənməsini İran İslam Respublikası hökumətinin prioritetlərindən adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Almaniyadakı səfiri Əli Macidi cümə axşamı günü Frankfurtda "İran-Avropa Ticarət Toplantısı" adı altında keçirilən iranlı investorların iclasında deyib: İran dünya iqtisadiyyatına inteqrasiya üçün uzunmüddətli və həqiqi iqtisadi əlaqə və əməkdaşlıq və beynəlxalq istehsal, ticarət və invesstisiya şəbəkəsinə qoşulmaq ardıncadır.İranın Almaniyadakı səfiri əlavə edib: Dünya iqtisadiyyatında yenidən iştirak üçün İranın ilk seçimi Avropa, xüsusilə də Almaniyadır. Bu məqsədə çatmağın açarı xarici investisiyadır.