Nigeriya prezidenti İnqilab Rəhbəri ilə görüşüb
Noy 23, 2015 16:51 Asia/Baku
-
Nigeriya prezidenti İnqilab Rəhbəri ilə görüşüb
İslam İnqilabının Böyük Rəhbəri islami ölkələrin İslamın və müsəlmanların mahiyyətinin müdafiəsindəki həmkarlıqlarının genişləndirilməsini əsas zərurət adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Nigeriya prezidenti Muhəmməd Buhari ilə görüşdə vurğulayıblar: Terror cərəyanları ilə mübarizə iddiasında olan beynəlxalq koalisiyalar əsla etimad ediləsi deyillər, zira İŞİD kimi terrorçuların yaradılması və himayəsinin arxasında həmin təxribatçı amillər, xüsusən Amerika durur.Həzrət Ayətullahuluzma Xamenei "İslamın açıq düşmənləri" və "İslamın adı ilə İslamla düşmənçilik edən düşmənlər"i bir qayçının iki ağzı adlandırıb və belə əlavə ediblər: İslami ölkələr bu təhlükəli düşmənlərin qarşısında həmkarlıqları artırmaqla özlərinin mahiyyət və maraqlarını qorumalıdırlar.
İslam İnqilabının Böyük Rəhbəri İŞİD və Boko Haram kimi terror cərəyanlarına qarşı mübarizədə Amerikanın və Qərbin köməyi və həmkarlığına ümid bəsləməyi qeyri-düzgün adlandırıb və deyiblər: Dəqiq məlumatlara əsasən, İraqda amerikalılar və regionun bəzi mürtəce ölkələri birbaşa şəkildə İŞİD-ə kömək edir və təxribatçılıq rolu oynayırlar.
O həzrət islami ölkələrin əlaqələrinin artmasını digər ölkələrlə əlaqələrin kəsilməsi bilməyərək, deyiblər: İran İslam Respublikası Amerika və sionist rejim çıxılmaqla bütün ölkələrlə geniş əlaqələrə malikdir, amma bu qənaətdədir ki, islami ölkələr bir-birilərinə daha çox yaxınlaşmalıdırlar.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin Buharinin etiqadlı bir müsəlman kimi nəzərəçarpacaq və mühüm Nigeriya ölkəsinin prezidenti seçilməsindən razılıq edərək, iki ölkə arasında anlaşma və həmkarlıq imkanlarını geniş adlandırıb və vurğulayıblar ki, bu imkanlar tanınmalı və mübadilə edilməlidir.
Nigeriya prezidenti də ölkəsinin İran İslam Respublikası ilə əlaqələrini böyük keçmişə malik və möhkəm əlaqələr adlandıraraq, deyib ki, İran inkişaf etmiş və böyük ölkə kimi əlaqə və həmkarlıq üçün geniş imkanlara malikdir.