Dek 07, 2015 18:28 Asia/Baku
  • AEBA İranın haqlılığına etiraf etdi
    AEBA İranın haqlılığına etiraf etdi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Dünyada terror təhdidlərinin nigaranedici artımı bu nəhs fenomenin formalaşması və genişlənməsinin köklərinə diqqət yetirməyi və terrorizmlə mübarizə üçün beynəlxalq ictimaiyyətin sədaqətli əməkdaşlığını tələb edir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Şəmxani bu gün günortadan sonra Livanın maliyyə naziri Əli Həsən Xəlillə görüşdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın sülhməramlı nüvə proqramı ilə əlaqədar hesabatına toxunaraq deyib: Bu hesabatın müəyyən hissəsinin nöqsanlı, qəbuledilməz olduğu və rədd edildiyinə rəğmən, onun bəzi hissələr İran İslam Respublikasının sülhməramlı nüvə proqramında yayınmanın olmadığını təsdiqləyir və irəli sürülən əsassız ittihamların üstündən açıq-aşkar şəkildə xətt çəkir. Belə ki, bu ittihamlar ötən 11 il ərzində bəzi ölkələr tərəfindən irəli sürülürdü.

Livanın maliyyə naziri Əli Həsən Xəlil bu görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq fürsətlərinə toxunaraq deyib: İran İslam Respublikası Livanın strateji şərikidir və Livan əlaqələrin yüksək səviyyəyə çatdırılmasına maraqlıdır.

Əli Həsən Xəlil əlavə edib: Terrorçu qruplaşmalarla mübarizə üçün onların maliyyə dəstəyi yollarının kəsilməsi zəruridir və bu məsələ bütün ölkələr arasında əməkdaşlıqla mümkündür.

Teqlər