Dehqan: İranın müdafiə innovasiyaları təhdidləri təsirsiz edibdir
https://azeri.sahartv.ir/news/İran-i200837-dehqan_İranın_müdafiə_innovasiyaları_təhdidləri_təsirsiz_edibdir
İranın müdafiə naziri deyib ki, İranın müdafiə innovasiyaları təhdidləri təsirsiz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2015 11:06 Asia/Baku
  • Dehqan: İranın müdafiə innovasiyaları təhdidləri təsirsiz edibdir
    Dehqan: İranın müdafiə innovasiyaları təhdidləri təsirsiz edibdir

İranın müdafiə naziri deyib ki, İranın müdafiə innovasiyaları təhdidləri təsirsiz edib.

IRIB-nin məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan Tehranda müdafiə nazirliyinin beşinci tədqiqat, texnologiya və innovasiya festivalında əlavə edib: Müdafiə üzrə tədqiqat, texnologiya və innovasiyanın istiqamətləri düşmənin təhdidlərini təsirsiz edib, onunla mübarizə aparmaqla bərabər, silahlı qüvvələrin gələcək ehtiyaclarına da cavab verməlidir.

İranın müdafiə naziri deyib: Ehtiyacın müəyyən edilməsi və vaxtlı cavab İran İslam Respublikasının müdafiə bünövrəsinin gücləndirilməsində müdafiə nazirliyinin əsas strategiyasıdır.

General-mayor Dehqan texnologiya, sənaye və tədqiqat məcmuələrində dəyişiklik və tərəqqinin yaradılmasını bu festivalın keçirilməsinin hədəflərindən adlandırıb və bildirib ki, bu festival inkişaf və yüksəliş səviyyəsini tamamilə şəffaf formada aydınlaşdırmalıdır.