İran Nigeriya şiələrinə kömək edir
İran İslam Şurası Məclisinin sədri İran İslam Respublikasının Nigeriya şiələrinə yardımlarından xəbər verib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əli Laricani Nigeriya şiələrinə yardım edilməsini istəyən Parlament üzvlərinin cavabında deyib: Bu istiqamətdə işlər görülməkdədir.
İran İslam Şurası Məclisinin üzvü Əhməd Salek parlamentin bu günkü iclasında İran İslam Şurası Məclisinin Nigeriya şiələrinin qırğın edilməsi qarşısında ciddi mövqe tutmasını istəyib.
İran İslam Şurası Məclisinin digər üzvü Hüseynəli Hacı da deyib: Nigeriyanın məzlum şiələrinin qırğın edilməsi qarşısında ciddi tədbirlər görülməli və elə rəftar edilməlidir ki, Nigeriya şiələrinin rəhbəri olan Şeyx İbrahim Zəkzaki və ailəsinə edilən zülm kompensasiya edilsin.
Məhəmmədrza Puribrahimi də Nigeriya şiələrinə dərhal yardımların edilməsini istəyib və İran İslam Şurası Məclisinin sədrindən bu zəmində İslam ölkələri parlamentləri birliyinin potensiallarından istifadə edilsin.