Tehranda Nigeriya səfirliyi önündə aksiya keçirilib
-
Tehranda Nigeriya səfirliyi önündə aksiya keçirilib
Nigeriya ordusunun bu ölkə şiələrini qətliam etməsi üzrə çirkin hərəkəti və Nigeriya şiələriin mənəvi lideri şeyx İbrahim Zəkzakı yaralamasına reaksiya olaraq, İranda dini təhsil almaqla məşğul olan xarici tələbələr Tehranda, Nigeriya səfirliyi önündə aksiya keçirib, baş verən vəhşilikləri insan haqlarının kobud şəkildə pozulması adlandırıblar.
Aksiya iştirakçıları əllərində plakatlar, şüarlar verərək, Nigeriya ordusunun bu cinayətinə qarşı öz nifrətlərinə bəyan edib, bu cinayətə yol verənlərin cəzalandırılmasını istəyiblər.
Aksiya iştirakçıları ingilis və fars dillərində Amerikaya ölüm, İsrailə ölüm, Ali-Səuda ölüm, Allahu Əkbər, Ləbbeyk ya Rəsulallah, Ləbbeyk ya Hüseyn, Ləbbeyk ya Zəkzaki şüarlar verib, Nigeriya dövlətinin bu cinayətini qınayıblar. Onlar şeyx Zəkzakinin və digər saxlanılan şəxslərin dərhal azad edilməsini istəyib, beynəlxalq qurumların dərhal məsələyə münasibət bildirməsini tələb ediblər.