Zərif iranlılara hörmətin bəslənilməsinin vacibliyini vurğulayıb
-
Zərif iranlılara hörmətin bəslənilməsinin vacibliyini vurğulayıb
İran xarici işlər naziri iranlılara hörmətin bəslənilməsinin vacibliyini vurğulayaraq, elektron vizanın verilməsini nailiyyət və dövlət qurumlarının İran xalqına dəyərli xidməti adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, daxildə və xaricdə yaşayan iranlılar üçün elektron pasportun təqdimat mərasimində Məhəmməd Cavad Zərif bunu ən böyük milli sərmayə adlandırıb və deyib: Ölkənin qüdrəti, potensialı və iqtidarını bu xalqa borcluyuq.
İran xarici işlər naziri əlavə edib: İran xalqına xidmət etmək, hörmət bəsləmək, qaydalara riayət etmək, bu xalqın hüquqlarını müdafiə etmək, həmçinin dövlətdə iranlılara hörmətin bəslənilməsinin qorunmasını özümüzün ən önəmli vəzifəsi, həmçinin ölkədə milli iqtidarın güclənməsinin amili kimi nəzərdə tuturuq.
Zərif elektron vizanın verilməsini müxtəlif vasitələri gücləndirmək və müqavimət iqtisadiyyatı siyasətlərinin icrası istiqamətində milli potensiala söykənmək adlandırıb və deyib: İran İslam Respublikasının bəzi düşmənləri İranın nailiyyətlərinə zərbə vurmaq üçün müxtəlif hərəkətlərə əl atmışlar. Lakin onların hərəkətləri ölkənin inkişafına azca belə təsir göstərməyəcək.