Yan 06, 2016 15:47 Asia/Baku
  • Yeni vaksinanın təqdimatı
    Yeni vaksinanın təqdimatı

İslam dünyasının yeganə və böyük elmi-tədqiqat və istehsal müəssisəsi kimi Razi müəssisəsinin təsisinin 90-cı ildnönümü günü münasibətilə Tehranda ölkə başçılarınn iştirakı ilə bir konfrans keçirilib.

Razi müəssisəsi vaksina və bioloji məmulatlar istehsalı sahəsinə 90 ildən yuxarı fəaliyyətlə ölkəyə lazım olan 80-dən çox mühüm məhsulu istehsal edir və baytarlıq və tibbdə istehlak olunan vaksinalar üzrə tədqiqat və istehsal qütbü kimi ölkənin ən qədim və ən mötəbər elmi-tədqiqat mərkəzlərindən sayılır.

Razi müəssisəsinin direktoru bütün alim və tədqiqatçıların dəyərlərinin yüksək qiymətləndirilməsi, İranın xalqı və elmi icmasının müəssisənin xidmətlərilə daha çox tanışlığını bu konfransın digər hədəflərindən adlandırıb.

Onun sözlərinə görə, bu müəssisə istehsal həcmi, məhsul müxtəlifliyi və tapşırıq genişiliyinə görə, öz növbəsində ölkədə və Yaxın Şərqdə misilsiz və dünyada misli az görünmüş bir müəssisədir və elə bir məcmuədir ki, tədqiqat və istehsal tapşırığını birlikdə həyata keçirməklə iftixar edir.

Razi müəssisəsi Əhvaz, Ərak, Kirman, Məşhəd, Şiraz və Mərənd şəhərlərində altı şöbəyə malikdir. Onun mərkəzi şöbəsi Kərəcdədir.

Müqavimət iqtisadiyyatı siyasətlərinin icrası istiqaməti xüsusiyyət təşkil etməklə milli vaksina istehsalının daha çox himayə edilib, gücləndirilməsi məqsədilə heyvan və quş, eləcə də insan vaksinalarının istehsal durumunun araşsıdırılması və həll yollarının təqdimi bu konfransın hədəflərindən olub.

Teqlər