Yan 24, 2016 17:00 Asia/Baku
  • Tailandın xarici işlər naziri İranın xarici işlər naziri ilə görüşüb
    Tailandın xarici işlər naziri İranın xarici işlər naziri ilə görüşüb

İran və Tailandın xarici işlər nazirləri iki ölkənin siyasi və iqtisadi münasibətlərinin genişləndirilməsi yolları və ikitərəfli əlaqələrdəki son dəyişiklər barədə fikir mübadiləsi aparıblar.

Daxil olan məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda Tailandın xarici işlər naziri Don Pramudwinai ilə görüşdə deyib ki, iki ölkə münasibətləri qarşılıqlı hörmət və müştərək maraqlara əsaslanır və İran qarşılıqlı münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafına hazırdır.

Zərif həmçinin nüvə anlaşmasının nəticələrini və onun sanksiyadan sonrakı mərhələdəki geniş təsirlərini bəyan edərək, bildirib ki, İran bazarı tailandlı şirkətlər üçün balıqçılıq, su canlıları və kənd təsərrüfatı həmkarlıqlarının gücləndirilməsi, eləcə də çoxtərəfli həmkarlıqlar, yenidən ixracat, regional mübadilələr və transit rolunu oynaya bilər.

İranın xarici işlər naziri Tehranla Banqkokun beynəlxalq və regional təşkilatlardakı səmərəli həmkarlıqlarına toxunaraq, İranın terrorizm və ekstremizmlə mübarizə, sülh və sabitlik üçün həmkarlıq və davamlı inkişaf çərçivəsində fəal iştirakdan ötrü hazırlığını elan edib.

Tailandın xarici işlər naziri Don Pramudwinai də İranla əlaqələrin müştərək maraqlar və qarşılıqlı hörmətə əsaslandığını deyərək, regional və beynəlxalq həmkarlıqlar məqsədilə İran ilə daha artıq əməkdaşlığın edilməsini istəyib.

Tailandın xarici işlər naziri 50 nəfərlik iqtisadi-ticari heyətlə bazar günü səhər Tehrana daxil olub.

Teqlər