İranın xam neft istehsalı artır
İran Milli Neft Şirkətinin proqramlaşdırma üzrə sədr müavini deyib ki, İranın neft hasilatı gündə 190 min barrel artıb.
İran Milli Neft Şirkətinin proqramlaşdırma üzrə sədr müavini Moştaqəli Gohəri İran qəzeti ilə müsahibədə əlavə edib ki, neft hasilatının gündə 190 min barrel artırılmasında məqsəd, ixracatın gücləndirilməsidir.
O, söyləyib: İranın xam neft istehsalı həcmi üç ay bundan öncədən 500 min barreldən çox artıbdır və hazırda istehsal və ixracat üzrə 500 min barreldən çox neft hasil etmək qüdrətinə malikdir.
Gohəri belə qeyd edib: Xam neft istehsalının gündə 190 min barrel artması ilə İranın neft hasilatı gündə təqribən 3 milyon 300 min barrel təxmin edilir.
İran Milli Neft Şirkətinin proqramlaşdırma üzrə sədr müavini həmçinin deyib: İranın cənubunda və kontinental şelfdəki bütün neft yataqları xam neft hasilatına hazır ediliblər.