Fev 17, 2016 19:34 Asia/Baku
  • İran və Yaponiya ikitərəfli münasibətlərin genişlənməsini vurğulayıblar
    İran və Yaponiya ikitərəfli münasibətlərin genişlənməsini vurğulayıblar

İranın xarici işlər naziri Yaponiyanın baş nazir müşaviri ilə ikitərəfli münasibətlərin genişlənməsi və Yaponiyanın baş nazirinin İrana səfərinin hazırlıqları barədə fikir mübadiləsi aparıb.

IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü axşam Yaponiya baş nazirinin xarici məsələlər üzrə xüsusi müşaviri Kat Suiçi Kavay ilə görüşdə bildirib ki, İran-Yaponiya əlaqələrinin genişlənməsi sırf ticarət münasibətlərinə əsaslanmır, həm də İran siyasi, iqtisadi, mədəni və insani əlaqələrin hərtərəfli inkişafı haqda düşünür.

Məhəmməd Cavad Zərif deyib: İranın səmərəli insan qüvvəsi sahəsində çeşidli imkanları, regionda 400 milyonluq bazara rahat və azad çıxış və bu ölkənin təhlükəsizlik və sabitliyin bərqərarındakı yüksək imkanı Tehranın digər ölkələrlə münasibətlərinin strateji dayağını ikiqat artırıbdır.

Kat Suiçi Kavay da deyib ki, yapon heyətin səfəri bu ölkənin baş nazirinin İrana səfərinə hazırlıq məqsədilə Yaponiya dövlətinin ciddi iradəsini bəyan edir.

Yaponiyanın baş nazir müşaviri əlavə edib: Yaponiya energetika və qaz layihələri, bank və pul məsələləri, avtomobil istehsalı, ekologiya, mədəniyyət və turist mübadilələri, dinc atom texnologiyası ətrafında həmkarlıqlar, terrorizmlə mübarizə sahələrində İranla həmkarlıqlarını gücləndirməyə maraq göstərir.

Yaponiyanın baş nazir müşaviri səfərin nəticələri və qarşılıqlı məşvərətlərə toxunaraq, deyib ki, İran-Yaponiya əlaqələrinin möhkəmləndirilməsi nailiyyətləri Yaxın Şərq və Asiyanın stabilliyi və təhlükəsizliyinə böyük kömək edəcək və iki ölkənin müştərək maraqlar üzrə iradə və baxışlarını müşayiət edəcək.

Teqlər