Zərif: Hamımız böyük bir imtahan qarşısındayıq
-
Zərif: Hamımız böyük bir imtahan qarşısındayıq
İran İslam Respublikası xarici işlər naziri çərşənbə axşamı Sinqapurda deyib: Hamımız bu gün böyük bir sınaq qarşısındayıq. Şəraiti xalq olan bir sınaq.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Sinqapurda yaşayan iranlılar ilə görüşdə deyib: Bu şərait bizim fürsətləri itirməmək üçün səy göstərməyimizə səbəb olub. Sanksiyalar şəraiti də real bir şərait olmaqdan daha çox, psixoloji bir məsələ idi.
Zərif əlavə edib: Müasir beynəlxalq əlaqələr tarixində bəlkə də nadir dövrlərdən biri idi ki, biz qlobal bir böhranı müharibəsiz və qan axıtmadan, müzakirə yolu ilə həll edə bildik. Buna görə İran xalqının səylərinə borcluyuq.
İran xarici işlər naziri daha sonra İranın BMT TŞ-nin 6 qətnaməsindən qurtulmasını da xalqın himayələri sayəsində mümkün olan məsələ adlandırıb.
Onun dediyinə görə, İrandan kənarda yaşayan iranlılar ilə görüş fürsəti yarandığı zamanlar, bu sərmayədən istifadə etmək lazım gəldiyini dərk edir.
Zərif sonda deyib: Bunun qədrini bilmək lazımdır və bu ikitərəfli əlaqədən maksimum formada istifadə edilməlidir.