Zərif: İran xalqı son seçkilərdə bədxahları naümid etdi
-
Zərif: İran xalqı son seçkilərdə bədxahları naümid etdi
İran xarici işlər naziri deyib: İran xalqı son seçkilərdə irimqiyaslı iştirakı ilə ayıq şəkildə bədxahları naümid etdi və dünyaya İslam Respublikası ilə müzakirə və əməkdaşlıq etməli olduğunu əks etdirdi.
Cənub-şərqi Asiya və Okeaniya ölkələrinə səfərə çıxan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Yeni Zelandiya paytaxtı Vellinqtonda bu ölkədə yaşayan iranlılarla görüşdə bildirib: İran xalqı sanksiyaları sındırdı və şəraiti bu ölkə ilə əməkdaşlığa doğru yönəltdilər.
Bu şəraitdən düzgün formada istifadənin olunmasını bəyan edən Zərifin sözlərinə görə, səudiyyə rejiminin İran əleyhinə təhdid atmosferini sərtləşdirməyə və hətta neftin qiymətini ucuzlaşdırmaqla İranı problemlərlə üzləşdirməyə səy göstərdiyinin şahidiyik. Lakin xalqın və İslam Respublikası rəsmilərinin müdrikliyi və ayıqlığı ilə bu məkrli plan məğlubiyyətlə üzləşmişdir.
İranın xarici diplomatiya idarəsinin rəhbəri xatırladıb: Xoşbəxtlikdən neftin qiymətinin ucuzlaşması neft gəlirlərinə asılılıq 50%-dən təxminən 33%-ə endirdi. Əslində səudiyyə və onun Fars körfəzindəki əməkdaşlarının iqtisadi arxası yerə yıxıldı və indi də kredit almağa üz tutublar.