Mart 15, 2016 10:05 Asia/Baku
  • Zərifin Avstraliya başçıları ilə görüşü
    Zərifin Avstraliya başçıları ilə görüşü

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün avstraliyalı həmkarı Culi Bişop(Julie Bishop) ilə görüşüb.

IRNA müxbirinin məlumatına görə, çərşənbə axşamı baş tutmuş bu görüşdə qarşılıqlı münasibətlərin genişləndirilməsi vurğulanıb.

İranın xarici işlər naziri bazar ertəsi günü gecə Avstraliya başçıları ilə görüşmək məqsədilə Kanberraya daxil olubdur.

İranın xarici işlər naziri çərşənbə axşamıgünkü görüşlərinin davamında Avstraliya parlamentində olaraq, bu ölkə parlamentinin sədri ilə görüşüb.

Zərifin Toni Smit ilə görüşündə iki ölkənin iqtisadi, siyasi və parlament həmkarlıqlarının ən mühüm zəminləri araşdırılıb.

İranın xarici işlər naziri həmçinin Avstraliyada müxalifətin xarici işlər naziri və fəhlə partiyasının sədr müavini Tanya Plibersek ilə görüşdə onunla beynəlxalq hadisələr, eləcə də İran-Avstraliya əlaqələri barədə danışıb.

Zərif bu görüşdə iki ölkə əlaqələrinin inkişaf perspektivlərini şərh edib və sonra Avstraliyada müxalifətin xarici işlər naziri və fəhlə partiyasının sədr müavininin İranın iqtisadi durumu, İrandakı seçkilər, Yəmən və Suriya böhranları və bu iki ölkədə atəşkəs fürsətləri barədəki suallarını cavablandırıb.

İranın xarici işlər naziri çərşənbə axşamı günü səhər həmçinin Avstraliyanın ticarət naziri Çiabo ilə görüşübdür.

Bu görüşdə iki ölkənin müxtəlif sahələrdəki iqtisadi əməkdaşlıqlarının ən mühüm imkanları araşdırılıb və bu həmkarlıqlar səviyyəsinin yüksəldilməsi vurğulanıb.

Teqlər